Loading [MathJax]/jax/output/HTML-CSS/jax.js
Now you are in the subtree of Funksional analizdən mühazirələr project. 

Sıxan inikas prinsipi

Tutaq ki, X metrik fəzadır və A:XX bu fəzada təyin olunmuş inikasdır. Əgər elə α<1 ədədi varsa ki, ixtiyari x, yX elementləri üçün
ρ(Ax,Ay)αρ(x,y)
bərabərsizliyi ödənsin, onda A inikasına sıxan inikas deyilir. Əgər xX elementi
Ax=x
bərabərliyini ödəyərsə, onda bu element A inikasının tərpənməz nöqtəsi adlanır.

Teorem. Tam metrik fəzada təyin olunmuş hər bir sıxan inikas yeganə tərpənməz nöqtəyə malikdir.
İsbatı. İxtiyari x0X nöqtəsini qeyd edib,
x1=Ax0,x2=Ax1,
ardıcıllığını quraq. İstənilən m<n üçün doğru olan
ρ(xm,xn)αmρ(x0,xnm)αm(ρ(x0,x1)+ρ(x1,x2)++ρ(xnm1,xnm))αmρ(x0,x1)(1+α++αnm1)αm1αρ(x0,x1)
bərabərsizliyindən çıxır ki, {xn} ardıcıllığı fundamentaldır və fəza tam olduğuna görə bu ardıcıllıq müəyyən xX elementinə yığılır. Bu element A inikasının tərpənməz nöqtəsidir, çünki
0ρ(Ax,x)ρ(Ax,xn+1)+ρ(xn+1,x)αρ(x,xn)+ρ(xn+1,x)0,n.

Əgər xy elementləri A sıxan inikasının tərpənməz nöqtələridirsə, onda
ρ(x,y)=ρ(Ax,Ay)αρ(x,y)
bərabərsizliyindən α<1 şərtinə əsasən çıxır ki, x=y. Bu isə o deməkdir ki, tərpənməz nöqtə yeganədir.

Nəticə. Tam metrik fəzada təyin olunmuş A inikasının müəyyən An qüvvəti sıxan inikas olarsa, onda A inikası yeganə tərpənməz nöqtəyə malikdir.
İsbatı. Yuxarıdakı teoremə əsasən, B=An inikası xX tərpənməz nöqtəsinə malikdir. Teoremin isbatından göründüyü kimi, ixtiyari x0 elementi üçün x0, Bx0, B2x0, ardıcıllığı x elementinə yığılır. Ona görə də x0:=Ax qəbul etsək
Ax=ABkx=BkAx=Bkx0x,k
olduğunu, yəni Ax=x alarıq. A inikasının hər bir tərpənməz nöqtəsi B inikası üçün də tərpənməz nöqtə olduğundan belə x nöqtəsi yeganədir.