Loading [MathJax]/jax/element/mml/optable/BasicLatin.js
Now you are in the subtree of Funksional analizdən mühazirələr project. 

Açıq və qapalı çoxluqlar




X metrik fəzasında mərkəzi aX nöqtəsində və radiusu r>0 ədədi olan açıq kürə
Ur(a)={xXρ(x,a)<r}
düsturu ilə təyin olunur. Bu çoxluğa a nöqtəsinin r-ətrafı və ya sadəcə ətrafı da deyəcəyik. Əgər SX çoxluğunun a nöqtəsi müəyyən Ur(a) ətrafı ilə birlikdə bu çoxluğa daxil olarsa, onda a nöqtəsi S çoxluğunun daxili nöqtəsi adlanır. S çoxluğunun bütün daxili nöqtələri çoxluğu intS və ya S ilə işarə olunur.

Əgər aX nöqtəsinin istənilən ətrafında SX çoxluğunun a nöqtəsindən fərqli heç olmazsa bir nöqtəsi olarsa, onda a nöqtəsi S çoxluğunun limit nöqtəsi adlanır. S çoxluğuna onun bütün limit nöqtələri çoxluğunu birləşdirməklə alınan çoxluq S çoxluğunun qapanması adlanır və clS və ya ¯S ilə işarə olunur. Daxili nöqtələri çoxluğu ilə üst-üstə düşən çoxluğa açıq çoxluq, qapanması ilə üst-üstə düşən çoxluğa isə qapalı çoxluq deyilir.

Nümunə. İxtiyari X metrik fəzasında X çoxluqları həm açıq, həm də qapalı çoxluqlardır.

Nümunə. R ədəd oxunda ixtiyari (a,b) intervalı açıq, [a,b] parçası isə qapalıdır.

Çalışma. X metrik fəzasında O çoxluğunun açıq olması üçün zəruri və kafi şərt onun F=XO tamamlayıcısının qapalı olmasıdır.

Lemma. Açıq çoxluqların ixtiyari sayda birləşməsi və sonlu sayda kəsişməsi açıq çoxluqlardır.
İsbatı. Tutaq ki, Oi, iI açıq çoxluqlardır. İxtiyari xiIOi nöqtəsi götürək. Onda müəyyən iI indeksi üçün xOi olacaq. Oi açıq olduğu üçün elə r>0 ədədi var ki, Ur(x)OiiIOi. Bu isə o deməkdir ki, iIOi çoxluğu açıqdır.

İndi isə tutaq ki, O1, O2, , On açıq çoxluqlardır. İxtiyari xni=1Oi nöqtəsi götürək. Onda elə ri>0 ədədləri var ki, Uri(x)Oi. Ona görə də, r:=min qəbul etsək U_r(x) \subset \bigcap_{i=1}^n O_i olar. Deməli, x \in \bigcap_{i=1}^n O_i çoxluğu açıqdır.
\square

Lemma. Qapalı çoxluqların ixtiyari sayda kəsişməsi və sonlu sayda birləşməsi qapalı çoxluqlardır.
İsbatı. Nəzərə alsaq ki, açıq çoxluğun tamamlayıcısı qapalıdır, qapalı çoxluğun tamamlayıcısı isə açıqdır və ixtiyari S_i, i \in I çoxluqları üçün
X \setminus \bigcup_{i \in I} S_i = \bigcap_{i \in I} (X \setminus S_i) \quad \text{və} \quad X \setminus \bigcap_{i \in I} S_i = \bigcup_{i \in I} (X \setminus S_i)
bərabərlikləri doğrudur, bundan əvvəlki lemmaya əsaslanmaq kifayətdir.
\square

Tutaq ki, X metrik fəzasında AB çoxluqları verilmişdir. Əgər \overline{A} \supset B şərti ödənərsə, A çoxluğuna B çoxluğunda sıx çoxluq deyilir. Bütöv X fəzasında sıx olan, yəni \overline{A} = X şərtini ödəyən A çoxluğu hər yerdə sıx çoxluq, \interior \overline{A} = \varnothing şərtini ödəyən A çoxluğu isə heç yerdə sıx olmayan çoxluq adlanır. Əgər X metrik fəzasında hər yerdə sıx hesabi çoxluq tapmaq olarsa, belə metrik fəzaya separabel metrik fəza deyilir.

Nümunə. \bbQ rasional ədədlər çoxluğu \bbR metrik fəzasında hər yerdə sıx hesabi çoxluqdur, ona görə də \bbR separabel metrik fəzadır.