Page preview panel
ON OFF

This is the graph of pages.

All pages ("nodes") in Knowen belong to a directed acyclic graph: more general nodes are to the left (upstream), and more specific to the right (downstream).

Hover over a node to see the node preview; click to select a specific node; mouse scroll to zoom; click and drag to move.

Now you are in the subtree of Funksional analizdən mühazirələr project. 

Xətti operatorlar və funksionallar




Xətti operatorlar

L xətti fəzasının D(A) xətti altfəzasından ˜L xətti fəzasına təsir edən A:D(A)˜L inikası ixtiyari α,β ədədləri və x,yD(A) elementləri üçün
L(αx+βy)=αLx+βLy


bərabərliyini ödəyərsə, belə inikas xətti operator adlanır. Bu zaman D(A) çoxluğuna A operatorunun təyin oblastı,
kerA:={xD(A)Ax=0˜L}

çoxluğuna bu operatorun nüvəsi,
ImA:={y˜LxD(A), Ax=y}

çoxluğuna isə A operatorunun obrazı deyilir.

Nümunə. C[a,b] fəzasının C1[a,b] xətti altfəzasında təyin olunmuş
ddt:x(t)x(t)


diferensiallama operatoru xəttidir. Bu operatorun nüvəsi bütün sabit funksiyalardan ibarətdir, obrazı isə bütöv C[a,b] fəzası ilə üst-üstə düşür.

L xətti fəzasından ˜L xətti fəzasına təsir edən φ:L˜L xətti operatoru qarşılıqlı birqiymətli olarsa, yəni D(A)=L, kerA={0L}ImA=˜L şərtlərini ödəyərsə, onda φ inikası izomorfizm (və ya izomorf inikas) adlanır. Asanlıqla görmək olar ki, bu zaman φ inikasının tərsi olan φ1 inikası da izomorfizmdir. Əgər L˜L xətti fəzaları arasında izomorf inikas varsa, onda L˜L izomorf xətti fəzalar adlanır.

Nümunə. Hər bir nN ədədi üçün Cn xətti fəzası ilə dərəcəsi n1-i aşmayan bütün çoxhədlilərdən ibarət xətti fəza izomorf xətti fəzalardır. Bu fəzalar arasındakı izomorf inikası
(a1,a2,,an)a1+a2t++antn1


kimi təyin etmək olar.

Çalışma. İki sonlu ölçülü xətti fəzanın izomorf olması üçün zəruri və kafi şərt bu xətti fəzaların ölçülərinin bərabər olmasıdır.

Xətti funksionallar

L xətti fəzasından C xətti fəzasına təsir edən xətti operator xətti funksional adlanır.

Nümunə. Tutaq ki, c[a,b]. Onda C[a,b]x(t)x(c)C inikası C[a,b] fəzasında xətti funksionaldır.

Lemma. Əgər f xətti funksionalı eyniliklə sıfra bərabər deyilsə, onda codimkerf=1.
İsbatı. Elə x1L götürək ki, f(x1)0 olsun və x0:=x1/f(x1) qəbul edək. Onda f(x0)=1. İxtiyari xL elementi üçün xf(x)x0kerf, yəni x+M=f(x)(x0+M) olar. Bu isə o deməkdir ki, L/kerf faktor-fəzasında hər bir x+M elementi qeyd olunmuş x0+M elementinin mislidir.