Loading [MathJax]/jax/element/mml/optable/GeneralPunctuation.js
Now you are in the subtree of Funksional analizdən mühazirələr project. 

Qapalı operatorlar

Tutaq ki, H Hilbert fəzasında T xətti operatoru verilmişdir.

Onda Γ(T):={(x,Tx)xD(T)}H×H çoxluğuna T operatorunun qrafiki deyilir.
Çalışma. Verilmiş SH×H xətti altfəzasının hər hansı xətti operatorun qrafiki olması üçün zəruri və kafi şərt (0,y)S olmasından y=0 çıxmasıdır.
Əgər TT1 operatorları üçün Γ(T1)Γ(T), başqa sözlə desək D(T1)D(T)T1x=Tx,xD(T) olarsa, onda T1 operatoru T operatorunun genişlənməsi, T operatoru isə T1 operatorunun daralması adlanır və T1T və ya TT1 kimi işarə olunur.
Əgər T xətti operatorunun Γ(T) qrafiki H×H fəzasında qapalı çoxluq olarsa, yəni
D(T)xnx,Txny
olmasından
xD(T),Tx=y
olması alınarsa, onda bu operator qapalı operator adlanır.
Çalışma. Bütün fəzada təyin olunmuş hər bir kəsilməz xətti operator qapalıdır.

Əgər ¯Γ(T) xətti altfəzası müəyyən ¯T xətti operatorunun qrafiki olarsa, yəni ¯Γ(T)=Γ(¯T), onda T operatoru qapanabilən operator, ¯T operatoru isə T operatorunun qapanması adlanır.
Nümunə. L2(0,1) fəzasında təyin oblastı D(T)=C[0,1] olan T:x(t)tx(1) xətti operatoru qapanabilən operator deyil. Çünki, məsələn, xn(t)=tn0txn(1)=t olduğu üçün (0,t)¯Γ(T).
Çalışma. T operatorunun ¯T qapanması onun qapalı genişlənmələrinin ən kiçiyidir, yəni T operatorunun ixtiyari S qapalı genişlənməsi üçün ¯TS.

D(T) xətti fəzasında

ifadəsi ilə təyin olunan norma qrafik norması adlanır.

Teorem. T operatorunun qapalı operator olması üçün zəruri və kafi şərt \mathsf{D}(T) çoxluğunun qrafik normasına nəzərən tam olmasıdır.
İsbatı. Əvvəlcə fərz edək ki, T qapalıdır. Əgər x_n ardıcıllığı qrafik normasına nəzərən fundamentaldırsa, onda x_nTx_n ardıcıllıqları \frH Hilbert fəzasında fundamental ardıcıllıqlardır. Ona görə də, elə x, y \in \frH elementləri var ki, x_n \to x, Tx_n \to y. T qapalı olduğu üçün x \in \mathsf{D}(T), Tx = y. Bu halda,
\| x_n-x \|_T^2 = \| x_n-x \|^2 + \| Tx_n - y \|^2 \to 0, \quad n \to \infty.
Beləliklə, \mathsf{D}(T) tamdır.

İndi isə fərz edək ki, \mathsf{D}(T) tamdır. Əgər \mathsf{D}(T) \ni x_n \to x, T x_n \to y olarsa, onda x_nTx_n ardıcıllıqları \frH Hilbert fəzasında fundamental ardıcıllıqlar olar və ona görə də x_n ardıcıllığı qrafik normasına nəzərən fundamentaldır. \mathsf{D}(T) tam olduğu üçün elə x_0 \in \mathsf{D}(T) var ki, \| x_n-x_0 \|_T \to 0, yəni x_n \to x_0, Tx_n \to Tx_0. Onda x = x_0 \in \mathsf{D}(T), Tx = Tx_0 = y.
\square