Processing math: 0%
Now you are in the subtree of Lecture Notes public knowledge tree. 

Spektral radius

\newcommand{\bbC}{\mathbb{C}}

Tutaq ki, A Banax cəbridir və x \in A. Onda
r(x) := \sup \{ |\lambda| \colon \lambda \in \sigma(x) \}
ədədinə x elementinin spektral radiusu deyilir. Spektr üçün aldığımız \sigma(x) \subset \{ \lambda \in \bbC \colon |\lambda| \le \|x\| \} münasibətindən çıxır ki, r(x) \le \|x\|.

Teorem. Banax cəbrinin ixtiyari x elementinin spektral radiusu üçün
r(x) = \lim_{n \to \infty} \sqrt[n]{\|x^n\|}
düsturu doğrudur.

İsbatı. İxtiyari f \in A^{\ast} üçün f((x - \lambda e)^{-1}) ədədi funksiyası \bbC \setminus \sigma(x) çoxluğunda analitikdir. Xüsusi halda, |\lambda| > \|x\| olduqda bu funksiyanı aşağıdakı şəkildə qüvvət sırasına ayıra bilərik:
f((x - \lambda e)^{-1}) = f \left( -\frac{1}{\lambda} \left( e - \frac{x}{\lambda} \right)^{-1} \right) = -\sum_{n=0}^{\infty} \frac{f(x^n)}{\lambda^{n+1}}.
Ona görə də |\lambda| > r(x) olduqda da həmin ayrılış doğrudur və
\sup_{n} \left| \frac{f(x^n)}{\lambda^{n+1}} \right| < \infty.
Sonuncu bərabərsizlik ixtiyari f \in A^{\ast} üçün ödəndiyinə görə Banax–Şteynhaus teoreminə əsasən n indeksindən asılı olmayan elə c(\lambda) tapmaq olar ki,
\left\| \frac{x^n}{\lambda^{n+1}} \right\| \le c(\lambda)
olsun. Beləliklə, ixtiyari |\lambda| > r(x) üçün
\varlimsup_{n \to \infty} \sqrt[n]{\|x^n\|} \le |\lambda|.
Bu isə o deməkdir ki,
\varlimsup_{n \to \infty} \sqrt[n]{\|x^n\|} \le r(x).

Digər tərəfdən,
x^n - \lambda^n e = (x - \lambda e)(x^{n-1} + \ldots + \lambda^{n-1} e)
bərabərliyindən çıxır ki, \lambda \in \sigma(x) olduqda \lambda^n \in \sigma(x^n). Ona görə də, |\lambda^n| \le \|x^n\|, yəni |\lambda| \le \sqrt[n]{\|x^n\|}. Buradan isə
r(x) \le \varliminf_{n \to \infty} \sqrt[n]{\|x^n\|}
olduğunu alırıq. Yuxarıdakı bərabərsizliklə birlikdə bu o deməkdir ki,
r(x) = \lim_{n \to \infty} \sqrt[n]{\|x^n\|}.
\square