Vektorqiymətli funksiyalar
\newcommand{\bbC}{\mathbb{C}}
\Omega \subset \bbC oblastından L Banax fəzasına təsir edən x(\lambda) funksiyasına vektorqiymətli funksiya deyəcəyik. Tutaq ki, \lambda_0 \in \Omega və x_0 \in L. Əgər
\lim_{\lambda \to \lambda_0} \|x(\lambda) - x_0\| = 0
şərti ödənərsə, onda x_0 elementinə \lambda \to \lambda_0 olduqda x(\lambda) vektorqiymətli funksiyasının limiti deyilir və
\lim_{\lambda \to \lambda_0} x(\lambda) = x_0
kimi işarə olunur.
Çalışma. Əgər x(\lambda), y(\lambda) vektorqiymətli funksiyaları və a(\lambda) ədədi funksiyası üçün
\lim_{\lambda \to \lambda_0} x(\lambda) = x_0, \quad \lim_{\lambda \to \lambda_0} y(\lambda) = y_0, \quad \lim_{\lambda \to \lambda_0} a(\lambda) = a_0
olarsa, onda
\lim_{\lambda \to \lambda_0} (x(\lambda)+y(\lambda)) = x_0+y_0, \quad \lim_{\lambda \to \lambda_0} a(\lambda)x(\lambda) = a_0 x_0, \quad \lim_{\lambda \to \lambda_0} \|x(\lambda)\| = \|x_0\|.
Tutaq ki, x(\lambda) vektorqiymətli funksiyadır və \lambda_0 \in \Omega. Əgər
\lim_{\lambda \to \lambda_0} x(\lambda) = x(\lambda_0)
bərabərliyi ödənərsə, onda deyirik ki, x(\lambda) vektorqiymətli funksiyası \lambda_0 nöqtəsində kəsilməzdir.
Çalışma. Əgər x(\lambda), y(\lambda) vektorqiymətli funksiyaları və a(\lambda) ədədi funksiyası \lambda = \lambda_0 nöqtəsində kəsilməzdirsə, onda x(\lambda)+y(\lambda), a(\lambda)x(\lambda) vektorqiymətli funksiyaları və \|x(\lambda)\| ədədi funksiyası da həmin nöqtədə kəsilməzdir.
Tutaq ki, x(\lambda) vektorqiymətli funksiyadır və \lambda_0 \in \Omega. Əgər
x'(\lambda_0) := \lim_{\lambda \to \lambda_0} \frac{x(\lambda)-x(\lambda_0)}{\lambda-\lambda_0}
limiti mövcuddursa, onda x(\lambda) vektorqiymətli funksiyası \lambda = \lambda_0 nöqtəsində diferensiallanan funksiya, bu limitin qiyməti isə həmin funksiyanın bu nöqtədəki törəməsi adlanır.
Çalışma. Əgər x(\lambda), y(\lambda) vektorqiymətli funksiyaları və a(\lambda) ədədi funksiyası \lambda = \lambda_0 nöqtəsində diferensiallanırsa, onda (x+y)(\lambda) := x(\lambda) y(\lambda), (ax)(\lambda) := a(\lambda) x(\lambda) vektorqiymətli funksiyaları da həmin nöqtədə diferensiallanır və
(x+y)'(\lambda_0) = x'(\lambda_0) + y'(\lambda_0), \quad (ax)'(\lambda_0) = a'(\lambda_0)x(\lambda_0) + a(\lambda_0)x'(\lambda_0).