Hilbert fəzasında qoşma operator
Tutaq ki, H Hilbert fəzasında təyin oblastı hər yerdə sıx olan T xətti operatoru verilmişdir. Onda
D(T∗):={y∈H∣∃z∈H,∀x∈D(T):⟨Tx,y⟩=⟨x,z⟩}
çoxluğundan olan hər bir y∈D(T∗) elementi üçün T∗y:=z işarə edək. Bu cür təyin olunmuş T∗ operatoru T operatorunun qoşması adlanır.
Çalışma. Əgər T⊂S, onda S∗⊂T∗.
Lemma. Tutaq ki, ¯D(T)=H. Onda N(T∗)=R(T)⊥.
İsbatı. y∈N(T∗)⟺y∈D(T∗), T∗y=0⟺⟨Tx,y⟩=0, ∀x∈D(T)⟺y∈R(T)⊥.
◻
Teorem. Tutaq ki, ¯D(T)=H, N(T)={0} və ¯R(T)=H. Onda
(T∗)−1=(T−1)∗.
İsbatı. Teoremin şərtlərinə əsasən T∗, T−1 və (T−1)∗ operatorları mövcuddur. Tutaq ki, y∈D((T−1)∗). Hər bir x∈D(T) üçün doğru olan
⟨x,y⟩=⟨T−1Tx,y⟩=⟨Tx,(T−1)∗y⟩
bərabərliyindən çıxır ki,
(T−1)∗y∈D(T∗)
və
T∗(T−1)∗y=y.
Eyni qayda ilə, tutaq ki, z∈D(T∗). Onda hər bir x∈D(T−1) üçün doğru olan
⟨x,z⟩=⟨TT−1x,z⟩=⟨T−1x,T∗z⟩
bərabərliyindən çıxır ki,
T∗z∈D((T−1)∗)
və
(T−1)∗T∗z=z.
Yuxarıdakı bərabərliklə birlikdə bu o deməkdir ki,
(T∗)−1=(T−1)∗.
◻
H×H fəzasında
U:(x,y)↦(y,−x)
operatorunu daxil edək.
Lemma. Tutaq ki, ¯D(T)=H. Onda Γ(T∗)=U(Γ(T)⊥)=(UΓ(T))⊥.
İsbatı. U operatorunun tərifindən çıxır ki, U(Γ(T)⊥)=(UΓ(T))⊥. Digər tərəfdən,
(y,z)∈Γ(T∗)⟺⟨Tx,y⟩=⟨x,z⟩, ∀x∈D(T)⟺⟺⟨(−Tx,x),(y,z)⟩H×H=0, ∀x∈D(T)⟺(y,z)∈(UΓ(T))⊥.
◻
Teorem. Təyin oblastı hər yerdə sıx olan T operatorunun qapanabilən olması üçün zəruri və kafi şərt T∗ qoşma operatorunun D(T∗) təyin oblastının hər yerdə sıx olmasıdır. Bu halda T∗∗=¯T.
İsbatı. Yuxarıdakı lemmaya əsasən
(UΓ(T∗))⊥=(U(UΓ(T))⊥)⊥=(U2Γ(T)⊥)⊥=(Γ(T)⊥)⊥=¯Γ(T)
bərabərliyi doğrudur. Ona görə də, (0,y)∈¯Γ(T) münasibəti yalnız və yalnız y∈D(T∗)⊥ olduqda ödənir. Başqa sözlə desək, T operatorunun qapanabilən olması üçün zəruri və kafi şərt T∗ qoşma operatorunun təyin oblastının hər yerdə sıx olmasıdır. Bu halda
Γ(T∗∗)=(UΓ(T∗))⊥=¯Γ(T)=Γ(¯T)
olduğu üçün T∗∗=¯T.
◻